Kiyev vilayətinin Buça şəhərinin meri Anatoli Fedoruk BBC-yə açıqlamasında Rusiya hərbçilərinin şəhərin işğalı zamanı azı 320 dinc sakini güllələdiyini bildirib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, mer bildirib ki, bir neçə şəhər sakininin edam cəzasına məhkum edilməsinin şəxsən şahidi olub.
"Mən özüm bir neçə epizodun şahidiyəm. Mülki şəxslər üç maşınla Kiyevə doğru hərəkət etməyə çalışırdılar, onları vəhşicəsinə güllələdilər. Hamilə qadın var idi, kişi qışqıraraq ona atəş açmamağı xahiş etdi, amma onu vəhşicəsinə güllələdilər”, - Fedoruk deyib.