Bu ilin əvvəlindən Rusiyanın ən varlı sahibkarları ümumilikdə 93,616 milyard dollar itiriblər.
Lent.az xəbər verir ki, bu barədə "Bloomberg"in Milyarderlər İndeksi (BBI) məlumat yayıb.
Araşdırmaya görə, siyahıya 27 rusiyalı daxildir. Onların ümumi kapitalı 299,34 milyard dollardır.
Ən zəngini isə "Norilsk Nikel" şirkətinin sahibi Vladimir Potanindir. İlin əvvəlindən onun sərvəti 2,17 milyard dollar azalıb və hazırda 28,7 milyard dollar qiymətləndirilir. Ən çox itirən “Renova”nın əsas sahibi Viktor Vekselberq olub, sərvəti 7,24 milyard dollara enib.