Tunisin keçmiş Baş naziri, Ənnahda Partiyasının sədri Hamadi Jebali həbs edilib.
Lent.az xəbər verir ki, bu barədə onun vəkili məlumat verib. Vəkil müdafiə etdiyi şəxsin Sus şəhərində avtomobildə olarkən həbs edildiyini bildirib. Bununla belə, o, keçmiş hökumət başçısına hansı ittihamın irəli sürüldüyünü deməyib.
“Mosaique FM” Radiosu isə siyasətçinin çirkli pulların yuyulmasında ittiham edildiyini bildirir.