Suriyanın müxtəlif əyalətlərində vəbaya yoluxma halları aşkarlanıb.
Lent.az-ın "Anadolu" agentliyinə istinadla xəbərinə görə, artıq ölkədə onlarla insan bu xəstəliyə yoluxub, 3 nəfər vəfat edib.
Hələbdə 15 yoluxma aşkar edildikdən sonra paytaxt Dəməşqdə içməli və kanalizasiya sularından nümunələr götürülüb.
Qeyd edək ki, vəba xəstəliyinin törədicisi vəfa vibrionudur. Yoluxma əsasən çirkli sulardan istifadə nəticəsində baş verir.