Sloveniya hökuməti maska rejiminin ləğv edilməsinə dair qərar qəbul edib.
Lent.az-ın xəbərinə görə, bu barədə Sloveniya Teleqraf Agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gündən ictimai yerlərin əksəriyyətində maskadan istifadə tələbi ləğv edilir. Lakin qərar tibb müəssisələrinə şamil edilmir.