Şimali Koreyada (KXDR) artıq 3 gündür qızdırma aşkar edilmir.
Lent.az-ın xəbərinə görə, bu barədə rəsmi Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat verib.
Ölkədə apreldən bəri 4,77 milyon nəfər qızdırmaya yoluxub onlardan 99,99%-i sağalıb, cəmi 144 nəfərin müalicəsi davam edir. Qızdırmadan ölənlərin sayı 74 nəfər, ümumi ölüm səviyyəsi 0,002%-dir.
Agentlik bildirir ki, infeksiya ilə mübarizə davam edir.
Qeyd edək ki, rəsmi mənbələr koronavirus xəstəliyinin sərhəddə xidmət keçən əsgərin yad cisimlə təması nəticəsində ölkəyə gəldiyini iddia edirlər. KXDR-də Covid-19 xəstəliyini “spesifik qızdırma” termini ilə ifadə olunur.