Bu ölkədə intihar QANUNİLƏŞDİRİLDİ
03 yanvar 2022 11:29 (UTC +04:00)

Bu ölkədə intihar QANUNİLƏŞDİRİLDİ

Avstralyada həkimlərin köməyi ilə intihara icazə verən qanun qüvvəyə minir. 

Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, yanvarın 1-dən ölümcül və ya davamlı, zəiflədici xəstəliyi olan yetkinlər həkim yardımı ilə intihar etməyi seçə bilirlər. 

Parlament qanunu dekabr ayında təsdiqləyib. Qanuna əsasən, intihara köməklik iki həkim tərəfindən həyata keçiriləcək. Onlardan biri isə palliativ (problemin həlli üçün səmərəli olmayan vəziyyətə adaptasiya edən müalicə) tibb mütəxəssisi olmalıdır. 

Həmçinin, hökumət bunun üçün əlavə vəsait ayırıb ki, bu cür intiharların qarşısını alsın.

Qeyd edək ki, İsveçrədə də qanuniləşən intihara köməklik İspaniya, Belçika və Hollandiya da daxil olmaqla bir sıra Avropa ölkələrində qanuniləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2088
avatar

Aytəkin Cəlali

Oxşar yazılar