Yaponiya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 49 min nəfər əhalisi olan Mutsu şəhərindən 79 km şimal-şərqdə yerləşib.
Zəlzələ ocağı yerin 74 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.