Bu ölkədə canavar ovlamaq qadağan edildi – SƏBƏB
12 fevral 2022 06:11 (UTC +04:00)

Bu ölkədə canavar ovlamaq qadağan edildi – SƏBƏB

ABŞ-da canavarlar yenidən nəsli kəsilməkdə olan növ kimi qeydə alınıb və ovlanması qadağan edilib.

Lent.az-ın xəbərinə görə, bu barədə Kaliforniya ştatının məhkəməsi qərar çıxarıb.  Qərarda göstərilir ki, 2020-ci ildə dövlət canavarların mühafizəsini dayandırdığı üçün onlar kütləvi şəkildə ovlanıb və sayları kəskin şəkildə azalıb.  Heyvan hüquqlarının müdafiəçiləri bu qərarı alqışlayıb.

Qeyd edək ki, 16-cı əsrdə avropalılar gələnədək ABŞ-da 250 min başdan çox canavar yaşayırdı. Hazırda onların sayı 6000-dən azdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2079
avatar

Oxşar yazılar