Bu ölkədə bütün poliqonlarda TƏLİM KEÇİRİLƏCƏK
23 yanvar 2023 23:33 (UTC +04:00)

Bu ölkədə bütün poliqonlarda TƏLİM KEÇİRİLƏCƏK

Moldovada Milli Ordunun bütün poliqonlarında 400-dən çox əsgərin iştirakı ilə taktiki təlimlər keçiriləcək.

Lent.az xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərin sabah başlayacağı və fevralın 4-dək davam edəcəyi bildirilib.

Ölkədəki hərbi qarnizonların bütün poliqonları təlimlər üçün istifadə olunur.

“Təlimlərin keçirilməsində məqsəd həm çağırışçı, həm də müqavilə əsasında xidmət göstərən bütün hərbi qulluqçuların imkanlarının və praktiki bacarıqlarının qiymətləndirilməsidir”, - deyə nazirlik qeyd edib.

Hərbçilər kimyəvi hücum şəraitində hərbi texnikadan istifadə, ilkin tibbi yardım və digər vərdişlərə yiyələnəcək.

Nazirlik təlimlərin Milli Ordunun 2023-cü il üçün hazırlıq planına uyğun olaraq keçirildiyini və bunun Ukraynadakı müharibə ilə bağlı olmadığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779
avatar

Oxşar yazılar