Bu ölkədə bir qrup hərbçi həbs edildi: Dövlət çevrilişinə cəhd...
12 yanvar 2022 04:19 (UTC +04:00)

Bu ölkədə bir qrup hərbçi həbs edildi: Dövlət çevrilişinə cəhd...

Burkina-Fasoda ölkədə hakimiyyəti ələ keçirməkdə şübhəli bilinən bir qrup hərbçi həbs edilib.

Lent.az xəbər verir ki, bu barədə çərşənbə axşamı “Burkina” xəbər agentliyi ölkənin hərbi ədliyyəsinə istinadən məlumat yayıb.

“Hərbi tribunal yanvarın 8-də respublika təsisatlarında sabitliyi pozmağa cəhddə şübhəli bilinən qrup üzvlərindən birinin denonsasiyası ilə bağlı iş açıb”, deyə hərbi ədalət kommünikesində deyilir.

Qeyd edək ki, Burkina-Faso Prezidenti Rok Mark Kristian Kabore son aylarda ölkənin silahlı qüvvələrinin komandanlığında əsaslı dəyişikliklər edib. Eyni zamanda bir neçə hərbçi vəzifəsindən azad edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1149
avatar

Oxşar yazılar