Aprelin 15-də Sudanda ölkə ordusunun bölmələri ilə xüsusi təyinatlıların arasında başlayan silahlı toqquşmalar nəticəsində azı 83 nəfər ölüb, 1126 nəfər yaralanıb.
Lent.az-ın məlumatına görə, belə bir məlumatı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi verib.
O əlavə edib ki, “hazırkı hadisələrdən əvvəl paytaxt Xartumdakı xəstəxanalara paylanan tibbi ləvazimat tükənib”.