Yaponiyanın aparıcı aviaşirkəti All Nippon Airways (ANA) çərşənbə axşamı dünyanın ən böyük avtomobil istehsalçısı "Toyota Motor" ilə əlaqəli Amerika şirkəti "Joby Aviation" ilə birlikdə uçan taksinin inkişafına sərmayə qoymaq qərarına gəlib.
Lent.az xəbər verir ki, bu barədə TASS informasiya agaentliyi məlumat yayıb.
Qeyd edilir ki, “Joby Aviation” helikopter və kiçik təyyarənin imkanlarını birləşdirən beş yerlik elektrik uçan taksi hazırlayır. Onun maksimal sürəti 320 km/saat, uçuş məsafəsi təqribən 240 kilometrdir. Yaponiyanın böyük şəhəri Osakanın əsas stansiyası ilə onun yaxınlığında yerləşən beynəlxalq hava limanı arasındakı məsafəni uçan taksi ilə 15 dəqiqəyə qət etmək olar. Avtomobil ilə bu, təxminən bir saata yaxın vaxt deməkdir.
ANA uçan taksilərin naviqasiya sistemləri, onların uçuş-enmə zolaqları üçün avadanlıq və s. məsələləri ilə məşğul olmaq niyyətindədir.