Belçikada yanvarın 21-də lotereyada 1 milyon avro (təxminən 2 milyon AZN) qazanmış qalib axtarılır.
Lent.az-ın xəbərinə görə, tirajda 8 nəfər 1 milyon avro əldə edib. Onlardan artıq yeddisi vəsaitlərini əldə ediblər. Bir nəfər barədə isə KİV-də elan da verilib.
Qanunvericiliyə görə, lotereyada qazanan şəxs vəsaiti 20 həftə müddətində götürməzsə, pul növbəti tiraja əlavə olunur.
Lotereya qaliblərinin üzə çıxmaması ilk hal deyil. 2016-cı ildə 6 milyon avroluq cek potu udan şəxs məlum olmamışdı. Ötən il isə 21 milyon avro qazanmış ər-arvad bundan 2 həftə sonra istirahətə getdikləri ölkənin televiziyasında xəbər tutmuşdular.