Bu ölkə də eynicinsli cütlüklərin  nikahına icazə verdi
30 iyul 2022 12:46 (UTC +04:00)

Bu ölkə də eynicinsli cütlüklərin nikahına icazə verdi

1

Daha bir ölkədə eynicinsli cütlüklərin nikahı qanuniləşdirilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Andorra Parlamentində eynicinsli cütlüklərin evlənməsi ilə bağlı qanun layihəsi səsverməyə çıxarılıb. 

Qanun səsçoxluğu ilə qəbul edilib. Qanunun qüvvəyə minməsi üçün həmşəhzadələr - Fransa prezidenti Emmanuel Makron, Urgel yepiskopu Joan Enrik Vives və Siciliya imzalamalıdırlar.

Qeyd edək ki, bundan əvvəl Sloveniyada da eynicinslilərin evlənməsinə qanuni şəkildə icazə verilib. 

2021-ci ilin rəsmi hesablamalarına görə, 34 ölkə öz konstitusiyalarına eynicinsdən olan cütlüklər arasında nikahın qarşısını almağa yönəlik maddələr daxil edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3416

Oxşar yazılar