Yunanıstan Türkiyənin Ədirnə vilayəti ilə sərhəddəki üç kəndin əhalisini artırmaq üçün vətəndaşlarına təəccüblü bir təklif irəli sürüb.
Lent.az xəbər verir ki, Afina hökuməti Soufli, Orestiada və Didymoteiço kəndlərində məskunlaşanların 10.000 avro dəstək ödənişi alacağını açıqlayıb.
Bu kəndlər Ədirnə şəhər mərkəzindən cəmi 25 kilometr məsafədə yerləşir.
Yunanıstan Parlamenti tərəfindən qəbul edilmiş qayda ilə Yunanıstan Ədirnəyə bitişik kəndlərin əhalisini artırmaq üçün dəstək ödənişləri verməyə başlayıb.
Qeyd edək ki, bundan əvvəl də Evros çayı boyunca yerləşən kəndlərdə məskunlaşan vətəndaşların 10.000 avro ödəniş alacağını açıqlamışdı.