Kemerovo vilayətinin Tyumenevo kəndində yaşayan bütün kişilər bir gündə səfərbər edilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bir gündə 59 nəfər səfərər edilib, onlar sentyabrın 26-da hərbi komissarlıqda olmalıdırlar.
Novosibirsk sakini Daryanın jurnalistlərə bildirdiyinə görə, Tyumenovoda yaşayan qohumları ( kənddə ümumilikdə 100ə yaxın adam yaşayır) yaşlılardan başqa bütün kişilərə çağırış vərəqəsi gəlib.
Qadın onu da iddia edir ki, xidmət etməyənlər, müvafiq maddə ilə ordudan tərxis olunanlar və 6 övladı olan kişi də səfərbərlik siyahısına düşüb.