Hakkarinin Yüksekova rayonunda güclü qar səbəbindən bağlanan yollarda təmizləmə işləri aparılır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aparılan təmizləmə işləri nəticəsində 6 metri keçən qar tunelləri əmələ gəlib.
Uçqun təhlükəsinə baxmayaraq, qarın qalınlığı 6 metri keçən qruplar çətinliklə işlərini davam etdirir. Yüksək hündürlükdə yaşayan vətəndaşların zərər çəkməməsi üçün gecə-gündüz çalışan qrupların açdığı yollar tunellərə bənzəyib.