Bu avtomobillərin Rusiyaya tədarükü dayandırılır
01 mart 2022 22:36 (UTC +04:00)

Bu avtomobillərin Rusiyaya tədarükü dayandırılır

0

“Jaguar Land Rover” Rusiya bazarına avtomobil tədarükünü dayandırır. Lent.az-ın CNN-ə istinadla xəbərinə görə, bu barədə şirkətin bəyanatında bildirilib. Qərarın “hazırkı qlobal kontekst”lə əlaqəli olduğu qeyd olunub. 

Avtomobil istehsalçısının bəyanatında vurğulanıb ki, hazırkı qlobal kontekst şirkəti ticarət çətinlikləri ilə üz-üzə qoyur və bu səbəbdən avtomobillərin Rusiya bazarına çatdırılmasına fasilə verilir. 

“Jaguar Land Rover”in qərarı “Volvo”nun analoji addımından sonra qəbul edilib. “Volvo” Avropa İttifaqı və ABŞ-ın Rusiyaya sanksiyaları ilə əlaqədar potensial riskləri nəzərə alaraq Rusiyaya avtomobillərin göndərilməsini dayandırdığını açıqlayıb. 

“Renault” şirkəti isə Moskvadakı avtomobil zavodunda istehsalın dayandırıldığını və logistik zərərlərin müşahidə edildiyini açıqlayıb. Zavodun 2020-ci ildə 75 min avtomobil istehsal etdyi bildirilir.

Amerika avtomobil istehsalçısı “Ford” isə hazırda Rusiyada istehsalı və ya avtomobillərin bu ölkəyə çatdırılmasını dayandırmadığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1914

Oxşar yazılar