Böyük Britaniyanın Baş naziri Boris Consin Kiyevə səfəri zamanı ukraynalı hərbçilərin kütləvi hazırlıq proqramını təklif edib.
Lent.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə baş nazir Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə bildirib.
Proqram hər 120 gündə 10 000 hərbçinin təlim keçib hazırlanmasını nəzərdə tutur.