Şotlandiyada bir neçə gün əvvəl dünyaya gələn Hanna Stibelin çəkisi cəmi 325 qramdır.
Lent.az-ın xəbərinə görə, o, Britaniya tarixinin ən az çəki ilə doğulmuş körpəsidir.
Uşağın anasının cəmi 17 yaşı var. Normal hamiləlik olacağı təqdirdə körpə aprelin 13-də dünyaya gəlməli idi. Hamiləliyin 20-ci həftəsində müayinəsi zamanı dölün normal qidalanmadığı məlum olub. 5 həftə sonra isə kəskin ağrılarla xəstəxanaya gələn qadın körpəsini dünyaya gətirib.
Yaşamaq ehtimalı cəmi 20% olan uşaq küvetə yerləşdirilib. O artıq qollarını tərpədə bilir.