Britaniya şahzadəsini zorlamada ittiham edən qadın özünü öldürdü
26 aprel 2025 11:31 (UTC +04:00)

Britaniya şahzadəsini zorlamada ittiham edən qadın özünü öldürdü

Britaniya şahzadəsi Endryunu zorlamada ittiham edən amerikalı Virciniya Jufre intihar edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Jufre 2021-ci ildə özünün 17 yaşı olarkən amerikalı maliyyəçi Ceffri Epstein ilə cinsi əlaqəyə girməyə məcbur edilib. Qadının iddiasına görə, onu buna məcbur edən bir neçə kişidən biri də Şahzadə Endryudur. Bu səbəblə Giuffre ona qarşı zorlama iddiası qaldırıb.

2022-ci ilin avqustunda tərəflər Jufreyə təzminat ödənilməsi ilə bağlı məhkəməyə qədər razılaşma əldə ediblər. Dəqiq məbləğ açıqlanmasa da, Britaniya mediası onun təxminən 15 milyon dollar olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar