Böyük Britaniya hərbçilərini təxliyə edən son təyyarə Kabil hava limanını tərk edib.
APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
“Ən həssas mülki əhalinin təxliyəsi üçün böyük təzyiq altında və ağır şəraitdə cəsarətlə çalışan hər kəsə təşəkkür edirik", deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Kabildə son iki həftə ərzində, təxminən min Britaniya hərbçisi 15 min insanın təxliyə edilməsinə kömək edib.