Boğulan şəxsi xilas etdikdən sonra güllələdi
24 mart 2022 00:15 (UTC +04:00)

Boğulan şəxsi xilas etdikdən sonra güllələdi

0

ABŞ-ın Şimali Karolina ştatında baş verən hadisə insanlarda çaşqınlıq yaradıb. 

Lent.az-ın ABŞ mətbuatına istinadla xəbərinə görə, 74 yaşlı kişi arvadı ilə birgə qayıqda gəzərkən gənc cütlüyün boğulma təhlükəsi ilə üzləşdiyini görüb. Qayıqdan suya düşmüş cütlüyün üzərində xilasedici jilet olmayıb. 

Yaşlı kişi tərəffüd etmədən onlara kömək edərək hər ikisini öz qayığına qaldırıb. Xilas edilən oğlan qayığa çıxan kimi yaşlı kişi ilə mübahisəyə başlayıb. Sevgilisi isə onu sakitləşdirmək üçün suya itələyib. Yaşlı kişi və arvadı əsəbi gəncə bu dəfə də yardım edib. Gənc isə daha da aqressivləşib.

Vəziyyəti belə görən qoca tapança ilə əsəbi gənci vurub və o hadisə yerində keçinib.

Yaşlı kişi müstəntiqə ifadəsində özünün və qayıqdakıların həyatını qorumaq üçün bu addımı atdığını bildirib. Müstəntiqlər bu hərəkəti zəruri özünümüdafiə kimi qəbul edərək kişini sərbəst buraxıblar. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2816

Oxşar yazılar