Aprelin 15-də BMT-nin Ümumdünya Ərzaq Proqramının 3 əməkdaşı Sudanda ordu və xüsusi təyinatlı qüvvələr arasında toqquşmalar zamanı ölüb.
Lent.az-ın xəbərinə görə, bunu BMT Baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi və Sudanda keçid mərhələsinə dəstək üzrə BMT missiyasının rəhbəri Folkera Pertesa bildirib.
Qeyd edilib ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının 3 əməkdaşı Şimali Darfur ştatının Kabkabiya şəhərində xidməti vəzifələrini yerinə yetirərkən ordu və xüsusi təyinatlı qüvvələr arasında toqquşmalar zamanı öldürülüb.