Biz bu dəhşətli vaxtda Ukrayna xalqının yanındayıq – NATO
24 fevral 2022 09:46 (UTC +04:00)

Biz bu dəhşətli vaxtda Ukrayna xalqının yanındayıq – NATO

NATO Rusiyanın Ukraynaya hücumu ilə bağlı bəyanat yayıb.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, Baş katib Yens Stoltenberqin təşkilatın saytında yayımlanmış bəyanatında Rusiyanın Ukraynaya hücumu qınanılıb və bunun beynəlxalq hüququn kobud şəkildə pozulması olduğu vurğulanıb:

“Mən Rusiyanın Ukraynaya saysız-hesabsız mülki həyatı risk altında qoyan məsuliyyətsiz və səbəbsiz hücumunu şiddətlə qınayıram. Bir daha, bizim təkrarlanan xəbərdarlıqlarımıza və diplomatiyada yorulmaq bilməyən səylərimizə baxmayaraq Rusiya suveren və müstəqil ölkəyə qarşı aqressiya yolunu seçdi. Bu beynəlxalq hüququn kobud şəkildə pozulması və Avro-Atlantik təhlükəsizliyə ciddi təhdiddir. Mən Rusiyanı hərbi əməliyyatını dərhal dayandırmağa və Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıram. NATO müttəfiqləri Rusiyanın aqressiv fəaliyyətinin nəticələri ilə bağlı görüşəcəklər. Biz bu dəhşətli vaxtda Ukrayna xalqının yanındayıq. NATO bütün müttəfiqləri qorumaq üçün əlindən gələn hər şeyi edəcək”, - deyə bəyanatda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2997
avatar

Oxşar yazılar