Argentinada 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xəbər veir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 1 milyon nəfər əhalisi olan Mendoza şəhərindən 92 km cənubda yerləşib.
Zələzələ yerin 118 kilometr dərinliyində yerləşib.
Sunami təhlükəsi, dağıntı və tələfat barədə məlumat verilməyib.