Dünyanın ən zəngin adamlarından olan Bill Qeyts bu dəfə də “ağcaqanad fabriki” məsələsi ilə gündəmə gəlib.
Lent.az xəbər verir ki, Bill Qeyts özünün "Twitter" hesabında Kolumbiyada ildə 30 milyon xüsusi növ ağcaqanad yetişdirən fabrik qurulması barədə xəbəri yaymaqla haqqında yeni söz-söhbətlərin yayılmasına səbəb olub. Konspiroloji nəzəriyyə tərəfdarları bu xəbəri Bill Qeytsin yeni epidemiya və pandemiyaların anonsunu verməsi kimi qiymətləndiriblər.
Qeyd edək ki, bundan öncə Qeytsin adı koronavirusun yayılmasında, peyvəndlərlə bərabər insanların orqanizminə çiplərin yerləşdirilməsi iddiasında olmaqda hallandırmışdı.
Ağcaqanad yetişdirən fabrik fikri qəribə səslənsə də, Bill Qeyts bildirib ki, xüsusi peyvəndlər və bakteriyalarla yoluxdurulmuş ağcaqanadlar insanları sancmaqla müxtəlif növ xəstəliklərin qarşısını ala, təbii immunitet yarada bilərlər.
Bill Qeytsin Wolbachia bakteriyası yoluxdurulmuş ağcaqanadları guya qorxunc xəstəliklərin yayılmasının qabağını almağa hesablanıb. O, iddia edir ki, qızdırma, tif, ziko, sarı humma, chikungunya, Nil virusu kimi qorxunc xəstəliklərin ağcaqanadlar vasitəsilə yayıldığı məlumdur.
Bill Qeytsin ildə 30 milyon növ yeni növ ağcaqanadının bioloji silah kimi istifadə olunacağına dair iddialar da səslənir.