Beynəlxalq legion   Kiyevin müdafiəsinə başladı
08 mart 2022 19:24 (UTC +04:00)

Beynəlxalq legion Kiyevin müdafiəsinə başladı

Martın 7-də Ukraynanın ərazi müdafiəsi çərçivəsində Beynəlxalq Legionun ilk könüllüləri döyüşlərə qatılıblar. Onlar Ukrayna qüvvələrinə Kiyevin kənarında Rusiya ordusunun irəliləməsinin qarşısını almağa kömək edirlər.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə jurnalist Andrey Tsaplienko məlumat yayıb.

Jurnalistin sözlərinə görə, əcnəbi əsgərlər “Ukrayna xalqının mədliyinə və Ukrayna qoşunlarının inanılmaz cəsarətinə” heyran olurlar.

• Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin qərarı ilə Baş Kəşfiyyat İdarəsinin nəzdində Beynəlxalq Legion yaradılıb.

• Daha əvvəl xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Rusiyanın hücumu  ilə mübarizə aparmaq üçün Beynəlxalq Legiona qoşulmaq üçün 52 ölkədən könüllülər Ukraynaya gəlir.

• Ukrayna üçün Rusiyaya qarşı döyüşmək istəyən əcnəbilərin https://fightforua.org/ saytına bir gündə demək olar ki, 13 milyon istifadəçi daxil olub. Bu səhifə yalnız martın 5-də fəaliyyətə başlayıb.

• Üç min amerikalı könüllü Rusiyaya qarşı beynəlxalq batalyonun tərkibində Ukrayna uğrunda döyüşməyə hazırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2794

Oxşar yazılar