Maraqlı hadisə Fransanın Tarb şəhərində baş verib.
Lent.az-ın “Dépêche du Midi” saytına istinadla xəbərinə görə, toyun səhəri günü təzə gəlin evdən qaçaraq polis idarəsinə gəlib.
Qadın iddia ərizəsində göstərib ki, gecə mübahisə edərkən əri onu təhqir edib. Səhər evi yığışdırarkən baş verən davada isə o, qolundan və xəsarət alıb.
Şikayət ərizəsi əsasında saxlanılan ər törətdiyi əməli inkar etsə də, tibbi ekspert qadının bədənindəki xəsarətləri təsbit edib.
Araşdırma zamanı məlum olub ki, təzə bəy Fransada qanunsuz yaşayırmış. Onun deportasiya olunması barədə qərar çıxarılıb və ölkə hüdudlarından çıxarılmaq üçün miqrantların müvəqqəti saxlanma mərkəzinə gətirilib.