Braziliyanın San-Paulo şəhəri yaxınlığındakı sənaye zonasında anqarda beton pilitənin çökməsi nəticəsində 9 nəfər həlak olub.
Lent.az-ın “G1” portalına istinadən verdiyi məlumata görə, konstruksiyalar Braziliyanın konteyner şirkətinin iclasında iştirak edən insanların üzərinə düşüb.
Ümumilikdə binada 64 nəfər olub, 9 nəfər həlak olub, 31 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.