ABŞ-dan olan Sergey Nastin ani lotereya biletində 20 min dollarlıq uduş qazanıb.
Lent.az “Lenta.ru” saytına istinadən xəbər verir ki, həmin şəxs eyni lotereyada başqa bir bilet alıb və 1000 dollar qazanıb.
Kişi beş gün ərzində iki dəfə lotereya alıb.
Nastin bildirib ki, o, alınan pulu borclarını ödəmək üçün istifadə etməyi planlaşdırır.
O, qazandığı pulun bir hissəsini əyləncəyə, məsələn, hidrosikıl sürməyə xərcləmək niyyətindədir.