Belçikada məskunlaşmış Satoko Kişimoto 20 il yaşadığı ölkəni tərk etməyə məcburdur.
Lent.az xəbər verir ki, Kişimoto Yaponiyanın paytaxtı Tokionun 500 min nəfər əhalisi olan Suqinami rayonu bələdiyyəsinin sədri seçilib.
Yapon solçularını təmsil edən qadın təbliğatını onlayn aparıb. O, su və elektrik təchizatında özəlləşdirməyə qarşı çıxdığı üçün rəqiblərini üstələyib.
İndi onun qarşısında bir məsələ dayanır: ərini və uşaqlarını Belçikada qoyaraq gündoğar ölkəyə qayıtmaq.