Məşhur futbolçu Devid Bekhemin bir neçə gün əvvəlki davranışı sosial şəbəkədə təqdir edilir.
Lent.az xəbər verir ki, məşhur futbolçu Britaniya kraliçası 2-ci Elizabetlə vida mərasimində kameralara tuş gəlib. O, statusundan istifadə edərək irəli keçmək əvəzinə, digərləri kimi növbədə gözləyib. Futbolçu mərasimə ciddi geyimdə gəlib.
Şahidlər onun saatlarla növbə gözlədiyini bildiriblər.