Ukrayna Silahlı Qüvvələri “Bayraktar” pilotsuz təyyarəsinin köməyi ilə Rusiya ordusunun helikopterini Zmeynı adasında desant dəstəsi ilə birgə məhv edib.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, mayın 8-də bu barədə Cənub Əməliyyat Komandanlığı öz “Facebook” səhifəsində məlumat yayıb.
Qeyd edək ki, ardıcıl bir neçə gündür Ukrayna hərbçiləri işğal olunmuş adada Rusiya qüvvələrini məhv edir.
Mayın 7-də Ukrayna Müdafiə Nazirliyi Zmeynı adasının yaxınlığında Rusiyanın desant katerinin və iki “Tor” zenit-raket kompleksinin “Bayraktar” pilotsuz uçan aparatı tərəfindən vurulduğunu bildirib.
Bundan əvvəl isə Ukrayna adası yaxınlığında "Raptor" tipli iki desant hücum katerinin məhv edilməsini əks etdirən video yayılıb.
Məlumata görə, Rusiyaya məxsus hərbi texnikaların hamısının “Bayraktar”ın vasitəsilə vurulduğu bildirilir.