Baydenin mühafizəçisi gecə klubunda qadınla DALAŞDI:  Qovuldu
13 iyul 2022 19:46 (UTC +04:00)

Baydenin mühafizəçisi gecə klubunda qadınla DALAŞDI: Qovuldu

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin mühafizəçisi İsraildən deportasiya edilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, mühafizəçi İsraildə gecə klublarının birində bir qadınla dalaşıb. Bildirilir ki, insidentə səbəb olan şəxsi polis saxlayıb, ifadəsi alınıb və sərbəst buraxılıb.

Qeyd edək ki, məxfi xidmət orqanında çalışan həmin şəxs ABŞ-a geri qayıdıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1455

Oxşar yazılar