Bayden Ukraynaya silah tədarükü haqqında  qanunu imzaladı
09 may 2022 23:44 (UTC +04:00)

Bayden Ukraynaya silah tədarükü haqqında qanunu imzaladı

1

ABŞ Prezidenti Co Bayden Kiyevə hərbi yardımın göstərilməsini sadələşdirmək məqsədilə Ukraynaya lend-liz müqaviləsi ilə silah tədarükü haqqında qanun imzalayıb.

Lent.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin köməkçisi Angela Peres “Twitter” səhifəsində məlumat verib.

O, Baydenin sənədi imzaladığını əks etdirən fotoşəkilini əlavə edərək, “Ukraynanın 2022-ci il Demokratiyasını Müdafiə etmək üçün İcarəyə Vermə Aktı imzalandı” sözlərini yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3258

Oxşar yazılar