ABŞ Prezidenti Co Bayden az sayda insana güvəndiyini və onların aralarında heç bir “Taliban” olmadığını deyib.
APA xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə müxbirin sualını cavablandırarkən bildirib.
"Sən də daxil olmaqla heç kimə güvənmirəm. Səni sevirəm, amma güvəndiyim adam çox deyil", deyə Bayden Əlavə edib.
Prezident “Taliban”a inammaqla bağlı sualı gülümsəyərək qarşılayıb. Qeyd edib ki, “Taliban” digər ölkələrin onları tanıyıb tanımayacağı üçün legitimlik axtarır: “Bütün bunlar sadəcə söhbətdir. Bu mərhələdə "Taliban" ABŞ qüvvələrinə qarşı heç bir tədbir görmür, ümumilikdə ABŞ-ın hava limanına girişi ilə bağlı dediklərini yerinə yetirirlər. Əminəm ki, bütün qüvvələri idarə etmirlər”.