Bayden Rusiyaya qarşı sanksiyaları AÇIQLADI
25 fevral 2022 00:24 (UTC +04:00)

Bayden Rusiyaya qarşı sanksiyaları AÇIQLADI

“ABŞ qoşunları Avropaya Ukraynada döyüşmək üçün yox, NATO-nun müdafiəsi üçün gedəcəklər”.

Lent.az-ın CNN-ə istinadən xəbərinə görə Bayden bu barədə xalqa müraciətində deyib. ABŞ lideri qeyd edib ki, Avropada NATO-nun Şərq cinahının gücləndirilməsi üçün hava və quru qoşunlarının yerləşdirilməsinə icazə verib.

“Baxmayaraq ki, biz Ukraynaya 650 milyon dollarlıq müdafiə yardımı təmin etmişik. Bizim ordumuz Avropaya Ukraynada Rusiya ilə münaqişədə iştirak üçün getmir və getməyəcək, NATO müttəfiqlərimizi müdafiə etməyə və Şərqdəki müttəfiqlərimizi arxayın etməyə gedəcəklər. ABŞ NATO ərazisinin hər bir qarışını müdafiə edəcək”,-deyə Co Bayden bildirib.

Prezident əlavə edib ki, sabah 30 müttəfiq və yaxın tərəfdaş ölkənin liderinin iştirakı ilə NATO-nun sammiti çağırılacaq və alyansın daha da gücləndirilməsi üçün yeni addımlar müəyyənləşdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4137
avatar

Oxşar yazılar