Co Bayden
21 yanvar 2022 22:35 (UTC +04:00)

Co Bayden

Bayden Rusiya ilə bağlı suallardan İMTİNA ETDİ

ABŞ Prezidenti Co Bayden mikroelektron sənayesindəki vəziyyətlə bağlı keçirilən görüşün sonunda jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Lent.az-ın məlumatına görə, Bayden qeyd edib ki, suallar mövzuya aid deyil, hamısı Rusiya ilə bağlı olacaq. 

“İndi suallara vaxtım olmayacaq, çünki bu uşaqlar (görüşün digər iştirakçıları - red.) təyyarəyə tələsirlər... Siz isə məndən Rusiya haqqında hər şeyi soruşacaqsınız, lakin yarımkeçiricilərlə bağlı heç bir sual verməyəcəksiniz”, - deyə ABŞ lideri vurğulayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1518
avatar

Oxşar yazılar