Bayden Putini  "qəssab"   adlandırdı -  VİDEO
26 mart 2022 20:32 (UTC +04:00)

Bayden Putini "qəssab" adlandırdı - VİDEO

0

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini növbəti dəfə təhqir edib.

Lent.az Rusiya KİB-nə istinadla bildirir ki, Polşa və Ukrayna sərhəddində ukraynalı qaçqın düşərgəsini ziyarət edərkən jurnalistlərdən biri Amerika liderindən son hadisələr fonunda Putin haqqında nə düşündüyünü soruşub.

“O, qəssabdır, mən belə düşünürəm”, - Bayden cavabında belə deyib.

Bu, Baydenin Rusiya prezidenti haqqında ilk dəfə sərt danışması deyil.O, martın 25-də də Vladimir Putini “müharibə cinayətkarı” adlandırıb. ABŞ lideri ilk dəfə olaraq martın 16-da rusiyalı həmkarına münasibətdə bu termindən istifadə edib.
 

Bayden Putini "qəssab" adlandırdı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2760

Oxşar yazılar