Bayden növbəti dəfə Putini  hərbi cinayətkar  adlandırdı
04 aprel 2022 20:31 (UTC +04:00)

Bayden növbəti dəfə Putini hərbi cinayətkar adlandırdı

ABŞ Prezidenti Co Bayden  Buçadakı amansız qətllərdən sonra Amerikanın Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirəcəyini söyləyib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bundan əlavə, dövlət başçısı növbəti dəfə Vladimir Putini hərbi cinayətkar adlandırıb.

“Putin hərbi cinayətkardır. Biz məlumat toplamalı, Ukraynaya silah verməliyik ki, onlar döyüşməyə davam etsinlər, bütün təfərrüatları toplayaq ki, bu, əsl müharibə cinayəti məhkəməsi olsun.

Bu adam barbardır. Buçada baş verənlər dəhşətdir, hamı bunu gördü”, - Bayden vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3405
avatar

Oxşar yazılar