ABŞ Prezidenti Co Bayden "Twitter" hesabında Ramazan ayının başlanması ilə bağlı paylaşım edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ lideri bu münasibətlə dünya müsəlmanlarını təbrik edib.
“Jil və mən Ramazan ayının əvvəli ilə əlaqədar Birləşmiş Ştatlarda və bütün dünyada yaşayan müsəlman icmalarına ən xoş arzularımızı çatdırırıq. Xalq Evindən öz evlərinizə, Sizə və yaxınlarınıza bərəkətli və tərəqqili bir ay arzulayırıq. Ramazan ayınız mübarək!”, - dövlət başçısı vurğulayıb.
Co Bayden
Bayden müsəlmanları təbrik etdi
1218