Cənubi Koreya lideri Yun Sok Yolla görüşdə ABŞ prezidenti Co Bayden Şimali Koreyanın Cənubi Koreyaya nüvə hücumunun qarşısını almaq üçün ABŞ-ın öhdəliyini vurğulayaraq "əhəmiyyətli addımlar" atacağını bildirib.
Lent.az-ın məlumatına görə, bu barədə “Reuters” ABŞ-ın yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
O, bir sıra ölkələrin ABŞ-ın nüvə çətiri altına yerləşməsini ABŞ-ın ən böyük nailiyyətlərindən biri adlandırıb.