ABŞ Prezidenti Co Bayden münaqişə kəskinləşsə belə Ukraynaya qoşun göndərməyəcəyini təsdiqləyib.
Lent.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumata yayıb.
Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı Ağ Evdə çıxış edən Prezident deyib:
“Biz qoşunlarımızı Ukaraynada döyüşmək üçün göndərməyəcəyik. Lakin Ukraynanı və onun xalqını dəstəkləməyə davam edəcəyik”.
Ağ Evin rəhbəri bildirib ki, ABŞ-ın indiki administrasiyası artıq Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün rekord dəstək verib.