Baxmut rus silahlı qüvvələrinin ətçəkən maşınına çevrilib.
Lent.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi mayın 24-də keçirdiyi brifinqdə bildirib.
“(Baxmut üzərində) bu hücum əslində Rusiyaya çox baha başa gəldi. Və dediyim kimi, müəyyən bir şəkildə onlar üçün bir ətçəkən oldu" - Ağ Ev nümayəndəsi bildirib.
Kirbi bildirib ki, Vaşinqtonun mayın əvvəlində Baxmutda rus itkiləri ilə bağlı elan etdiyi təxminlər doğrudur. Lakin o vaxtdan bəri ruslar hər gün daha da güclərini itirirlər.