Binyamin Netanyahu, İsrail Baş naziri
23 iyul 2023 18:01 (UTC +04:00)

Binyamin Netanyahu, İsrail Baş naziri

Baş nazir sağlıq durumuna aydınlıq gətirdi

İsrail Baş naziri Binyamin Netanyahu əməliyyatdan sonra özünü necə hiss etdiyini açıqlayıb.

Lent.az-ın xəbərinə görə, Binyamin Netanyahu bu barədə “Tvitter”-də paylaşım edib.

Binyamin Netanyahu bildirib ki, əməliyyatla kardiostimulyator quraşdırıldıqdan sonra özünü yaxşı hiss edir və iyulun 24-də Knessetdə hüquqi islahatlarla bağlı qanun layihəsinin müzakirəsində iştirak edəcək.

Qeyd edək ki, bu gün İsrail Baş naziri əməliyyat olunub. Binyamin Netanyahuya ürək ritminin tənzimlənməsi üçün kardiostimulyator quraşdırılıb.

Əməliyyatla əlaqədar Binyamin Netanyahunun Türkiyə və Cənubi Kiprə səfərini təxirə salmaq məcburiyyətində qaldığı açıqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2424
avatar

Oxşar yazılar