Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Pervomayski kəndində ümumi sahəsi 960 kvadratmetr olan iki barıt anbarı yanıb. Yanğının yaxınlıqda yerləşən üç anbar binasına keçməsinin qarşısı alınıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin teleqram kanalında yer alıb. Nazirlikdən bildirilib ki, yanğınsöndürənlər alovu ram etməkl üçün bütün mümkün tədbirlərdən istifadə edirlər.