ABŞ-da Darren Ceyms adlı kişi müştərisi olduğu bankın bir səhvi ilə həyatının şokunu yaşayıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Ceymsin telefonuna milyardlarla dollar pul yükləndiyi barədə bildiriş gəlib. Belə ki, onun hesabına tam 50 milyard dollar pul yüklənmişdi. Bununla da Ceyms bir anlıq dünyanın ən varlı insanları siyahısında 25-ci yerdə olub. 2 uşaq atası olan Ceyms yerli mediaya açıqlamasında, həyatı boyu bu qədər sıfırı bir yerdə görmədiyini dilə gətirib.
Darren Ceyms bununla əlaqədar banka müraciət edib. Bir neçə gün sonra isə həmin pullar yoxa çıxıb.