Braziliyalı kişi bank hesabında saxladığı əmanətləri ona verməyə məcbur etmək üçün anasına bıçaqla hücum edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 21 yaşlı Braziliya sakini anasını soymaq qərarına gəlib və ona bıçaq çəkib. Gənc oğlan 58 yaşlı qadının əlini kəsərək hadisə yerindən qaçıb. Ana Sandra Maria dos Santos səhərisi gün qonşuları tərəfindən tapılsa da, onu xilas etmək mümkün olmayıb və oğlu saxlanılıb.
Gənc ifadəsində çaş-baş qalıb. O, əvvəlcə anasının bank hesablarına daxil olmaq üçün ondan yaxa qurtarmaq istədiyini bildirib və barmaq izini saxlamaq üçün onun əlini kəsib. Lakin sonradan o, yaşlı qadının ona qara sehrli ritual etdiyini və bunun qisasını aldığını iddia edib. Psixiatrlar şübhəli şəxslə işləyəcək.